Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb

Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb Görüşdə Azərbaycanın Buxarestdəki səfiri Fərid Abdinbəyov da iştirak edib
Xarici siyasət
18 Yanvar , 2017 21:24
Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb

Buxarest. 18 yanvar. REPORT.AZ/ Bu gün Rumıniya prezidenti Klaus İohannis Buxarestdə akkreditə olunmuş xaric diplomatik korpusun rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə çıxış edən Rumıniya prezidenti ölkəsinin son illər müxtəlif sahələrdə əldə etdiyi uğurlar barədə diplomatlara məlumat verib.

Prezident, həmçinin qarşıdakı illərdə Rumıniyanın xarici siyasətinin istiqamətləri barədə danışıb.

“Bizim xarici siyasətimizin fundamental əsasları olduğu kimi qalır. Bunlar ABŞ-la ölkəmiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, həmçinin Avropa Birliyi və NATO ilə münasibətlərin möhkəmləndirilməsidir”, - deyə K.İohannis vurğulayıb.

Hər il Buxarest şəhərində yerləşən prezident iqamətgahı Kotroçendə keçirilən görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi