Rumıniya Prezidenti: “Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir”

Rumıniya Prezidenti: “Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir” “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və regionda
Xarici siyasət
17 Dekabr , 2022 15:12
Rumıniya Prezidenti: “Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir”

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və regionda əməkdaşlığı təşviq edəcək mühüm və iddialı sənəddir”.

"Report" xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə bu sazişin imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda bildirib.

O, yaşıl enerjinin inkişafının vacibliyini vurğulayıb: “Xəzər regionunda, xüsusən də Azərbaycanda yaşıl enerji potensialı yüksəkdir”.

Rumıniya Prezidenti qeyd edib ki, növbəti addım Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi olacaq: “Biz həmçinin Konstansadan Gürcüstana dəniz nəqliyyatı ilə bağlı əlaqələri artırmaq istəyirik. Bu səylər həm də Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək”.

Son xəbərlər

Orphus sistemi