Bakı. 8 noyabr. REPORT.AZ/
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
R.Rzayev Avropa İttifaqı ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan davamlı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə Azərbaycanın mühüm əhəmiyyət verdiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Avropa dövlətlərinin təsirli iştirakının vacibliyini vurğulayan Dövlət Komitəsinin sədri münaqişə nəticəsində xalqımızın üzləşdiyi itkilər və məhrumiyyətlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, münaqişə nəticəsində 1 milyon 200 mindən çox həmvətənimiz doğma yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamağa məcbur olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalıb. Məcburi köçkünlərin pozulmuş hüquqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlar fəaliyyətini artırmalıdır.
Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Prezident
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Eyni zamanda məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışılacağı vurğulanıb.
Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.