Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
"Report" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin müsahibəsi noyabrın 24-də TASS İnformasiya Agentliyinin və “Rossiyskaya qazeta”nın saytlarında yerləşdirilib. Noyabrın 25-də isə müsahibə geniş oxucu kütləsi olan rəsmi “Rossiyskaya qazeta” nəşrində dərc edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın suallarını cavablandırıb, Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb.