Robert Sekuta: "ABŞ kommunikasiyaların açılması üçün Azərbaycan və Ermənistanla müştərək çalışmaldır"

Robert Sekuta: "ABŞ kommunikasiyaların açılması üçün Azərbaycan və Ermənistanla müştərək çalışmaldır" "ABŞ hər iki ölkədə liderlərin sülh, əmin-amanlıq və davamlı təhlükəsizlik haqqında razılığa gəlməsi məqsədi ilə əlverişli mühit yaratmaq üçün Bakı və İrəvanla münasibətdə öz nüfuzundan istifadə etməlidir".
Xarici siyasət
119
28 Sentyabr , 2021 13:11
Robert Sekuta: ABŞ kommunikasiyaların açılması üçün Azərbaycan və Ermənistanla müştərək çalışmaldır
Robert Sekuta

"ABŞ hər iki ölkədə liderlərin sülh, əmin-amanlıq və davamlı təhlükəsizlik haqqında razılığa gəlməsi məqsədi ilə əlverişli mühit yaratmaq üçün Bakı və İrəvanla münasibətdə öz nüfuzundan istifadə etməlidir".

"Report"un xəbərinə görə, bunu "Xəzər Siyasət Mərkəzi"nin Məşvərət Şurasının üzvü, ABŞ-nın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta "Amerika Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər" adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, onilliklərlə davam edən münaqişələr, qorxu və nifrət hissi çoxlu sayda ermənilərin və azərbaycanlıların nəinki bir-birinə etimad göstərməsinə, hətta bir-birini tanımasına mane olur: "Bu, Azərbaycan və Ermənistan hökümətlərinin sülh müqaviləsinə riayət etməsi və qarşılıqlı əlaqələr qurması üçün imkanlarını məhdudlaşdırır. ABŞ səciyyəvi məsələləri yoxlamaq və onların həlli üçün mümkün yanaşmaları işləyib hazırlamaq məqsədilə şəxsi əlaqələrin qurulmasında Ermənistanla və Azərbaycanla birgə işləməlidir. Şimali İrlandiyadakı təcrübə və digər münaqişələr göstərir ki, bu cür proqramlar mühüm üstünlüklər yarada bilər".

Sabiq səfir qeyd edib ki, ABŞ iki ölkədə və Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya qovşaqlarının açılması üçün Azərbaycanla və Ermənistanla müştərək çalışmaldır: "Bu səylər biznes imkanlarının yaradılmasına, iqtisadi inkişafa, ermənilərin və azərbaycanlıların rifah halının yaxşılaşmasına şərait yaradacaq. Bu nəqliyyat və kommunikasiya qovşaqları, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Türkiyədən təcrid edilmiş Ermənistan üçün daha zəruri olacaq. Bu layihələr Çinin Kəmər və Yol Təşəbbüsünə cavab olaraq, Qafqazı və Mərkəzi Asiyanı stimullaşdıracaq. Qeyd etmək lazımdır ki, ABŞ-nın bu əməliyyatlarından heç biri irihəcmli xərclər və ya resurslar tələb edilmir. Bunun üçün yalnız azacıq təşəbbüs və səy tələb olunur.

Bunun nəticəsi isə əhəmiyyətli olacaq. ABŞ-nın ötən baharda həyata keçirdiyi əməliyyatlar bu məsələni dəstəkləyir. Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivanın telefon zəngindən sonra Avropa və Avrasiya İşləri üzrə Dövlət Departamenti Bürosunun o vaxtkı rəhbəri ilə Minks Qrupunun həmsədrinin görüşü, Ermənistanın hərbi əsirlərinin qaytarılmasına, eləcə də Azərbaycanın ötən il Ermənistan işğalından azad etdiyi torpaqlarda basdırılmış minaların xəritələrinin Azərbaycana təqdim edilməsi üçün razılıq əldə olunmasına kömək edib. Bu təşəbbüs həm Ermənistan, həm də Azərbaycan tərəfindən müsbət qarşılanıb, Rusiya isə bunu etmək iqtidarında, yaxud arzusunda deyildi".

Regiondaki rəsmi şəxslərdən biri bu yaxınlarda deyib: "Əgər ABŞ Rusiyanı sıxışdırıb çıxarmaq istəyirsə, o, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasına kömək etməlidir. ABŞ-nın bundan böyük marağı nə ola bilər?"

Son xəbərlər

Orphus sistemi