Rezident əlaqələndirici: "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır"

Rezident əlaqələndirici: "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır" "Bu məsələ Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə yeni çərçivə sazişində əks olunacaq"
Xarici siyasət
24 Oktyabr , 2016 16:23
Rezident əlaqələndirici: BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır

Bakı. 24 oktyabr. REPORT.AZ/ "BMT gənclərin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Bu məsələ Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə yeni çərçivə sazişində əks olunacaq".

"Report" xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai "ADA" Universitetində keçirilmiş və BMT-nin yaranmasının 71 illiyinə həsr olunmuş "Azərbaycanda davamlı inkişafa nail olunmasında gənclərin rolu" mövzusunda panel müzakirələri zamanı deyib.

O, Azərbaycanda Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının yaradılmasının BMT üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Q.İsakzai bunu Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə sadiqliyi kimi qiymətləndirib.

"Azərbaycan hökumətinin bu addımlarını dəstəkləyirik. Bundan əlavə, bu il Gəncədə Avropa Gənclər Forumu açılıb, aprel ayında isə Bakıda 7-ci Sivilizasiyalar Forumu keçirilib" - BMT-nin rezident əlaqələndiricisi xatırladıb.

Son xəbərlər

Orphus sistemi