Rezident əlaqələndirici: "BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və olacaq"

Rezident əlaqələndirici: "BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və olacaq" Bakıda Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyinə həsr edilmiş kitabın təqdimatı olub
Xarici siyasət
24 Oktyabr , 2017 19:58
Rezident əlaqələndirici: BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və olacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında tərəfdaşlığın 25 illiyinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.

"Report"un verdiyi xəbərə görə, kitaba Azərbaycanla BMT arasında 1992 - 2017-ci illər ərzində davam edən əməkdaşlıq barədə məlumatlar və arxiv fotoları daxil edilib.

Həmçinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyi münasibətilə fotosərgi təşkil edilib.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, münasibətlərimizi əks etdirən kitabda ötən illər ərzində Azərbaycan və BMT arasındakı fəal əməkdaşlıq, önəmli tədbirlər, həmçinin 90-cı illərdə təşkilat tərəfindən Azərbaycanlı qaçqın və məcburi köçkünlərə edilən yardımlar da əksini tapıb.

"Bu illər ərzində BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və bundan sonra da olacaq", - BMT-nin rezident əlaqələndiricisi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi