Yuxarı

​Respublika Günü İstanbulda qeyd olunub

Tədbiri Azərbaycanın İstanbuldakı baş konsulluğu təşkil edib

İstanbul. 26 may. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı baş konsulluğu 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

“Report”un xəbərinə görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, ictimayyət nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev 28 May – Respublika Günü ilə bağlı qonaqlara məlumat verib. O, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, ömrü 23 ay çəksə də, cümhuriyyətin bir çox uğurlara imza atdığını qeyd edib.

M.Hacıyev bildirib ki, müstəqillik bərpa edildikdən sonra Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin yürütdüyü siyasət və həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan regionun ən sürətli və dinamik inkişaf edən dövlətinə çevrilib. Bu gün Cənubi Qafqazın iqtisadi gücünün önəmli hissəsi Azərbaycanın payına düşür. O bildirib ki, dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada adından söz etdirən ölkələr arasındadır.

Tədbirdə çıxış edən bələdiyyə başqanları, Türkiyənin rəsmi sturukturlarının rəhbərləri müstəqil Azərbaycanın uğurlu inkişafından, Türkiyə-Azərbaycan qardaşlığının möhkəm tellərlə bağlı olmasından bəhs ediblər.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan musqilərini dinləyib, milli rəqsləri izləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi