Rəsmi Bakı: "Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir"

Rəsmi Bakı: "Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir" Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa Prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar
Xarici siyasət
30 İyun , 2023 15:54
Rəsmi Bakı: Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa Prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

"Report" xəbər verir ki, bu fikirlər iyunun 30-da Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb.

Diplomata bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi