Rəsmi Bakı: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb

Rəsmi Bakı: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
Xarici siyasət
12 Sentyabr , 2024 09:26
Rəsmi Bakı: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb

Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.

A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".

Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.

A.Hacızadənin sözlərinə görə, Ermənistan konstitusiyasına nə qədər tez dəyişiklik edərsə, sülh sazişi də bir o qədər tez imzalanar: “Konstitusiya dəyişikliyi ilə bağlı prosesin uzadılması sülhə töhfə vermir. Əksinə, prosesi ləngidir. Biz ümid edirik ki, Ermənistan sülhdə maraqlı olacaq”.

Son xəbərlər

Orphus sistemi