Ceyhun Bayramov: "Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edirik"

Ceyhun Bayramov: "Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edirik" Rəsmi Bakı Azərbaycanla Almaniyanın yeni hökuməti arasında yüksək səviyyəli əməkdaşlıq qurulacağına ümid edir.
Xarici siyasət
9 Dekabr , 2021 17:18
Ceyhun Bayramov: Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edirik

Rəsmi Bakı Azərbaycanla Almaniyanın yeni hökuməti arasında yüksək səviyyəli əməkdaşlıq qurulacağına ümid edir.

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşündə deyib.

C.Bayramov Olaf Şoltsın Almaniyanın yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb. O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib. Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söylədi. Nazir, azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib. Ermənistanın bu addımlara hələ də, qarşılıq vermədiyi, eyni zamanda təxribatçı addımlarını davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi