Yuxarı
    Bağlamaq

    Ramil Usubov: “Türkiyədə dövlət çevirilişinə cəhd Azərbaycana qarşı da cinayətdir”

    “Azərbaycanla Türkiyənin əlaqələrində əsas hədəf terrora qarşı mübarizədir”

    Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycanla Türkiyənin əlaqələrində əsas hədəf terrora qarşı mübarizədir".

    "Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala azərbaycanlı həmkarı Ramil Usubovla görüşündə vurğulayıb.

    "Hər cür terror qruplaşmasına qarşı mübarizədə təsiredici birliyimiz var. Bu, Fətullahçı terror təşkilatının (FETÖ) ölkələrimizdəki fəaliyyətinə son qoymaqda da özünü göstərir", - deyə, Efkan Ala bildirib.

    Ramil Usubov isə deyib ki, terrora qarşı mübarizədə mövcud problemlərin aradan qaldırılması üçün Azərbaycan tərəfi üzərinə düşənlərin hamısını yerinə yetirəcək.

    O, iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddən sonra görüləcək işləri müzakirə etmək üçün Türkiyəyə səfər etdiyini vurğulayıb: "FETÖ-nün Azərbaycanda fəaliyyətinin qarşısının alınması üçün lazım olan addımlar atılacaq. Türkiyədə dövlət çevirilişinə cəhd eyni zamanda Azərbaycana qarşı bir cinayətdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi