Yuxarı
    Bağlamaq

    Ramil Usubov Sankt-Peterburqda səfərdə olub

    O, MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rəsmi səfərdə olub.

    Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.

    Daxili İşlər Nazirləri Şurasının iclasında həmçinin avtonəqliyyat vasitələrinin oğurlanmasına, narkotik vasitələrin yeni təhlükəli növlərinin dövriyyəsinə qarşı mübarizə, iştirakçı dövlətlərin ərazisində yaşayan vətəndaşların terrorçu və ekstremist yönümlü təşkilatlara cəlb edilməsinin qarşısının alınması, kütləvi idman tədbirləri zamanı hüquqazidd hərəkətlərin aradan qaldırılması üzrə informasiya mübadiləsinin təkmilləşdirilməsi, habelə MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərə müvafiq əlavə və dəyişikliklərin edilməsi və qarşılıqlı maraq doğuran digər aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi