Qurbanqulu Berdıməhəmmədov Azərbaycan səfirini qəbul edib

Qurbanqulu Berdıməhəmmədov Azərbaycan səfirini qəbul edib Vəhdət Sultanzadə öz diplomatik missiyasını başa vurur
Xarici siyasət
18 Dekabr , 2015 11:16
Qurbanqulu Berdıməhəmmədov Azərbaycan səfirini qəbul edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın həmin ölkədəki səfiri Vəhdət Sultanzadəni qəbul edib.

"Report" "Turkmenportal"a istinadən xəbər verir ki, görüş səfirin Türkmənistandakı diplomatik missiyasını başa vurması ilə bağlı keçirilib. 

Türkmənistan prezidenti son illər qurulan konstruktiv Türkmənistan-Azərbaycan dialoqunun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, V.Sultanzadəyə səmərəli əməkdaşlığın əsaslarının möhkəmləndirilməsində verdiyi töhfələrə görə minnətdarlığını bildirib.  

Dövlət başçısı və səfir Türkmənistan və Azərbaycanın siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişləndirilməsində maraqlarını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi