Quen: “Fransa Senatı Azərbaycan ilə münasibətlərə növbəti dəfə zərbə vurur”

Quen: “Fransa Senatı Azərbaycan ilə münasibətlərə növbəti dəfə zərbə vurur” “Fransa Senatı ilk dəfə deyil ki, ermənipərəst mövqe nümayiş etdirərək bu dövlətin Azərbaycan ilə münasibətlərinə zərbə vurur”.
Xarici siyasət
25 Noyabr , 2022 11:31
Quen: “Fransa Senatı Azərbaycan ilə münasibətlərə növbəti dəfə zərbə vurur”

“Fransa Senatı ilk dəfə deyil ki, ermənipərəst mövqe nümayiş etdirərək bu dövlətin Azərbaycan ilə münasibətlərinə zərbə vurur”.

Bunu "Report"a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen Senatın Azərbaycan əleyhinə qəbul etdiyi son qətnaməni şərh edərkən deyib.

"Fransa Senatının sədri Jerar Larşeni və onun ermənilərə qarşı xüsusi sevgisini unutmaq olmaz. Hələ 2021-ci ilin iyununda o, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı rəsmi Bakının hərəkətlərinin guya Ermənistanın ərazi bütövlüyünə qarşı yönəldiyi barədə səs-küylü bəyanat səsləndirmişdi”,- o bildirib.

Politoloq Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi son qətnaməni sadəcə olaraq bu qurumun növbəti ermənipərəst addımı kimi qiymətləndirib: “Şübhəsiz ki, bu, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”.

Onun fikrincə, fransalı parlamentarilərin belə ermənipərəst mövqeyi onların Cənubi Qafqazdakı real vəziyyət barədə yaxşı məlumatlı olmamaları ilə izah oluna bilər, çünki bu ölkədəki güclü və çoxsaylı erməni diasporu informasiya kampaniyası aparır, Ermənistan və Azərbaycan arasındakı münaqişənin və regiondakı vəziyyətin son dərəcə birtərəfli şəkildə təqdim edir.

M.Quen Fransa Senatında Prezident Makronun tərəfdarlarının az olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi