Qüdsi Osmanov etimadnaməsinin surətini Moldova XİN-ə təqdim edib

Qüdsi Osmanov etimadnaməsinin surətini Moldova XİN-ə təqdim edib Görüşdə iki ölkə arasında ticari-iqtisadi, eləcə də siyası məsələlər müzakirə olunub
Xarici siyasət
4 Oktyabr , 2016 23:49
Qüdsi Osmanov etimadnaməsinin surətini Moldova XİN-ə təqdim edib

Kişinyov. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Qüdsi Osmanov bu ölkənin xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy ilə görüşüb.

“Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, səfir etimadnaməsinin surətini nazir müavininə təqdim edib.

Görüşdə Moldova və Azərbaycan arasında siyasi dialoqun və eləcə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb. Eyni zamanda, xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin və ticari-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyi qeyd olunub.

Nazir müavini Lilian Dariy Qüdsi Osmanova diplomatik fəaliyyətində uğurlar arzulayıb və səfirə Moldova XİN-i tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.

Sentyabrın 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qüdsi Osmanov Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər

Orphus sistemi