Qubernatorun I müavini Dnepropetrovskda əcnəbi iş adamlarına təzyiqlərin kökündən həll ediləcəyinə söz verib

Qubernatorun I müavini Dnepropetrovskda əcnəbi iş adamlarına təzyiqlərin kökündən həll ediləcəyinə söz verib “Biz vilayət hökuməti olaraq ilk növbədə vilayətdə əlverişli investisiya mühitinin olmasında maraqlıyıq".
Xarici siyasət
1 Sentyabr , 2021 09:17
Qubernatorun I müavini Dnepropetrovskda əcnəbi iş adamlarına təzyiqlərin kökündən həll ediləcəyinə söz verib

“Biz vilayət hökuməti olaraq ilk növbədə vilayətdə əlverişli investisiya mühitinin olmasında maraqlıyıq. Bu məqsədlə hüquq-mühafizə orqanları, biznes nümayəndələri ilə gündəlik məsləhətləşmələr keçiririk”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın Dnepropetrovsk vilayəti qubernatorunun I müavini Volodomir Orlov əcnəbi, o cümlədən azərbaycanlı iş adamlarına qarşı naməlum təzyiqlərlə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

“Hüquq-mühafizə orqanları təmiz işləyən, qanunlara riayət edən investorları qorumalıdır. Yəni, biznes qanuna uyğun şəkildə aparılmalı, biz, öz növbəmizdə, bürokratik əngəlləri aradan qaldırmalı, biznesin aparılmasına münbit şərait yaratmalıyıq. Üstəlik, biz təkcə investisiya ilə bağlı yox, həm də müəyyən cinayətkar elementlər tərəfindən törədilə biləcək istənilən formalı qanunsuz hərəkətlər ilə bağlı vəziyyətə daim nəzarət edirik və bu cür qanunsuz hərəkətlərin vilayətimizdə olmaması üçün var gücümüzlə çalışırıq. Vilayətin prokurorluğu, milli polisi, təhlükəsizlik xidməti yalnız bu istiqamətdə məhsuldar əməkdaşlığa meyl edir. Sizi əmin edirəm, bütün mənfi halları kökündən həll edəcəyik”, - V.Orlov bildirib.

Son xəbərlər

Orphus sistemi