Qrossi: Azərbaycan bir çox sahələrdə AEBA-nın dəstəyinə arxalana bilər
Qrossi: Azərbaycan bir çox sahələrdə AEBA-nın dəstəyinə arxalana bilərAzərbaycan səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində prioritetlərin təşviqində Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) dəstəyinə arxalana bilər.
Azərbaycan səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində prioritetlərin təşviqində Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) dəstəyinə arxalana bilər.
“Report” xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünü şərh edərkən yazıb.
“Biz 2024-2029-cu illər üzrə texniki əməkdaşlıq sahəsində Çərçivə Proqramı imzaladıq. Azərbaycan səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bir çox digər sahələrdə prioritetlərin təşviqində AEBA-nın dəstəyinə arxalana bilər. COP29-da birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - R.Qrossi qeyd edib.