Yuxarı

Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Qırğızıstan dövlət bayrağı endirilib

Bakı. 29 avqust. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Moskvada yanğın nəticəsində 17 qırğızıstanlının həyatını itirməsi ilə əlaqədar xatirə kitabı açılıb.

Bu barədə "Report"a Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov məlumat verib.

Onun sözlərinə görə, səfirlikdə xatirə kitabı bu gün saat 11:00-dan 13:00-dək və saat 15:00-dan 17:00-dək, eləcə də sabah saat 10:00-dan 13:00-dək açıq olacaq.

Bundan əlavə, səfirlikdə Qırğızıstanın dövlət bayrağı endirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi