Yuxarı
    Bağlamaq

    Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

    Xatirə kitabı yanvarın 17-də və 18-də açıq olacaq

    Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş vermiş təyyarə qəzası ilə əlaqədar xatirə kitabı açılacaq.

    Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovun "Report"a verdiyi məlumata görə, xatirə kitabı səfirlikdə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 12:00-dək açıq olacaq.

    Bundan başqa, ölkədə elan edilmiş matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı endirilib.

    Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbinə görə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər həlak olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi