Qırğızıstanın Azərbaycandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi açılacaq

Qırğızıstanın Azərbaycandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi açılacaq Məntəqə dekabrın 11-də səhər saat 8-dən axşam saat 8-ə qədər açıq olacaq
Xarici siyasət
25 Noyabr , 2016 15:44
Qırğızıstanın Azərbaycandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi açılacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Qırğızıstanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə keçiriləcək referendumla əlaqədar adıçəkilən ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, məntəqə dekabrın 11-də səhər saat 8-dən axşam saat 8-ə qədər açıq olacaq.

Səfirlikdən bildiriblər ki, diplomatik missiyanın konsulluq qeydiyyatında təqribən 40 Qırğızıstan vətəndaşı var. Eyni zamanda, müvəqqəti əsasda Azərbaycanda yaşayan Qırğızıstan vətəndaşları da səs verəcəklər.

Son xəbərlər

Orphus sistemi