Qırğızıstan Prezidenti Azərbaycandakı səfirinə şiddətli töhmət verib

Qırğızıstan Prezidenti Azərbaycandakı səfirinə şiddətli töhmət verib Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.
Xarici siyasət
22 Dekabr , 2021 16:29
Qırğızıstan Prezidenti Azərbaycandakı səfirinə şiddətli töhmət verib
Kayrat Osmonaliyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.

“Report” “K-News”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti məlumat yayıb.

Bildirilib ki, K.Osmonaliyev “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır.

Məlumata görə, bəhs edilən müsahibədə belə bir açıqlama və çıxış olmayıb.

Mətbuatda mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib.

Son xəbərlər

Orphus sistemi