Qiqi Qiqiadze: "Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərlərinin görüşü bizim üçün çox vacibdir"

Qiqi Qiqiadze: "Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərlərinin görüşü bizim üçün çox vacibdir" Görüşdə strateji tərəfdaşlığın inkişaf perspektivləri, qarşıda duran vəzifələr, həyata keçirilən layihələr müzakirə olunacaq
Xarici siyasət
19 Fevral , 2016 10:05
Qiqi Qiqiadze: Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərlərinin görüşü bizim üçün çox vacibdir

Tbilisi. 19 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci görüşü tərəflər üçün mühüm əhəmiyyət kəsb edir. Bunu jurnalistlərə müsahibəsində Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze deyib.

O bildirib ki, bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir: "Biz bir çox sahələrdə səmərəli əməkdaşlıq edirik və əlbəttə ki, siyasi münasibətlərin daha da inkişafı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bir neçə gün əvvəl üç ölkənin nəqliyyat nazirləri görüşüblər və onların görüşündə də bir sıra vacib məsələlər müzakirə olunub. Ona görə də hesab edirəm ki, siyasətçilərin görüşü bu baxımdan olduqca vacibdir".

Nazir müavini deyir ki, görüşdə strateji tərəfdaşlığın inkişaf perspektivləri, qarşıda duran vəzifələr, həyata keçirilən layihələr müzakirə olunacaq, sonda yekun sənəd imzalanacaq.

Görüşlər başa çatdıqdan sonra hər üç nazir Bakı-Tbilisi-Qarsa dəmir yolunun tikintisi ilə tanış olmaq üçün Karçaxa gedəcəklər.

Son xəbərlər

Orphus sistemi