QHT sədri: Türk dünyası bir olsa, heç nə onları sarsıda bilməz

QHT sədri: Türk dünyası bir olsa, heç nə onları sarsıda bilməz Türk dünyası bir olsa, heç bir şey onları sarsıda bilməz.
Xarici siyasət
18 mart 2025 10:05
QHT sədri: Türk dünyası bir olsa, heç nə onları sarsıda bilməz
İsmayıl Bəyoğlu

Türk dünyası bir olsa, heç bir şey onları sarsıda bilməz.

Bunu "Report"a açıqlamasında İraqın "Türkmana yardım gəncləri" könüllü hərəkatının sədri İsmayıl Bəyoğlu martın 18-də Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Qarabağa səfər etmək qürurverici olsa da, dağıntıları görmək çox məyusedicidir:

"Biz işğaldan azad olunmuş ərazilərdə, Şuşada olduq. Ermənilərin həmin gözəl torpaqlarda törətdiyi vəhşiliyi, dağıntıları görəndə sarsıldım. Evlər, məktəblər dağıdılıb".

İ.Bəyoğlu Azərbaycanın bu sınaqdan da üzüağ çıxdığını vurğulayıb:

"Azad olunan ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin necə sürətlə inkişaf etdiyini gördüm. Deməli, bu ölkə asanlıqla sarsılmaz".

Orphus sistemi