Yuxarı
    Bağlamaq

    QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyada konfrans keçirilib

    Məqsəd Azərbaycanın son illərdə əldə etdiyi uğurlarla bağlı Almaniya ictimaiyyətini dolğun informasiya ilə təmin etmək olub

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib. Bu barədə “Report”a şuranın mətbuat xidmətindən bildirilib.

    Konfransda Azərbaycan səfirliyinin əməkdaşları, siyasi ekspertlər, iqtisadi araşdırma mərkəzlərinin nümayəndələri, QHT rəhbərləri, media qurumlarının təmsilçiləri, ümumilikdə 60-a yaxın şəxs iştirak edib. Toplantının məqsədi Azərbaycanın son illərdə sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar haqqında Almaniya ictimaiyyətini dolğun və dürüst informasiya ilə təmin etmək olub.

    Konfransda çıxış edən “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt tədbir iştirakçılarının diqqətini ölkədə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib. Təşkilatın sədri "ASAN Xidmət" mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb. 

    M.Dornfelt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun və yürütdüyü xarici siyasət kursunun təqdiredici olduğunu deyərək, torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkənin ötən illər ərzində bütün sahələrdə əhəmiyyətli inkişafa nail olduğunu qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi