Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 9-10-da Qəbələ şəhərində MDB iştirakçı ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında müqavilə iştirakçılarının İdman və bədii tərbiyə üzrə Şurasının iclası keçiriləcək.
Bu barədə "Report" MDB İcraiyyə komitəsinə istinadən xəbər verir.
İclas iştirakçıları Azərbaycan və digər MDB ölkələrində idman və fiziki tərbiyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək. İclas zamanı tərəflər 2020-ci ilə qədər olan dövrdə bədən tərbiyəsi və idmanın inkişaf strategiyalarının həyata keçirilməsi üzrə planlarını, eləcə də MDB iştirakçı dövlətlərdə milli idman növlərinin dəstəklənməsi və inkişafı proqramlarını müzakirə edəcək.