Qəbələ və Kislovodsk şəhərləri qardaşlaşacaq

Qəbələ və Kislovodsk şəhərləri qardaşlaşacaq İşgüzar əlaqələrin qurulması barədə təklifi artıq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müsbət qarşılayıb
Xarici siyasət
25 İyul , 2016 11:28
Qəbələ və Kislovodsk şəhərləri qardaşlaşacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Kislovodsk şəhər administrasiyasında Azərbaycanın Qəbələ şəhəri ilə qardaşlıq əlaqələrinin yaradılması üzrə saziş layihəsi hazırlanır.

Bu barədə "Report" Kislovodsk şəhərinin meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Mətbuat xidmətinin məlumatına görə, Kislovodskun işgüzar əlaqələrin qurulması barədə təklifini artıq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müsbət qarşılayıb.

"Qardaşlıq şəraitində əməkdaşlıq çərçivəsində işgüzar münasibətlər şəhər icmaları arasında sosial-iqtisadi, mədəni və təhsil əlaqələrinin möhkəmləndirilməsinə, bələdiyyələrarası, regionlararası və beynəlxalq əlaqələrin fəal şəkildə qurulmasına töhfə verəcək", - deyə şəhər administrasiyasından bildiriblər.

Son xəbərlər

Orphus sistemi