Yuxarı
    Bağlamaq

    Qəbələ və Kislovodsk qardaşlaşmış şəhər olmağı planlaşdırır

    Suzanna Damir: Azərbaycan Stavropolun əsas xarici iqtisadi tərəfdaşlarından biridir

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Bakıda keçiriləcək VII Rusiya-Azərbaycan regionlararası forumunda qubernator Vladimir Vladimirovun başçılıq etdiyi Stavropol nümayəndə heyəti də iştirak edəcək.

    "Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    İşgüzar proqram çərçivəsində Stavropol regionu diyarın bələdiyyə qurumunun təqdimatını keçirəcək. Həmçinin Qəbələ və Kislovodsk şəhərlərinin qardaşlaşması barədə saziş imzalanması planlaşdırılır.

    Diyarın İqtisadi İnkişaf Nazirliyinin regionlararası və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Suzannz Damirin sözlərinə görə, Azərbaycan Stavropolun əsas xarici iqtisadi tərəfdaşlarından biridir.

    Məlumata görə, ötən ilin yekunlarına görə, Azərbaycan və Stavropol vilayəti arasında ticarət dövriyyəsi təxminən 200 milyon ABŞ dolları təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi