QDİƏT PA və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub

QDİƏT PA və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyevlə görüşüb.
Xarici siyasət
24 İyun , 2021 19:29
QDİƏT PA və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər Gürcüstan və QDİƏT PA arasındakı mövcud əlaqələri müzakirə ediblər.

Təşkilata üzv ölkələr arasında iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, qlobal pandemiya kontekstində səhiyyə sahəsində əməkdaşlığın intensivləşdirilməsi xüsusilə əhəmiyyətlidir.

A.Hacıyev Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyib və gürcü spikeri İstanbula səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi