QDİƏT ölkələri fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb

QDİƏT ölkələri fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb QDİƏT üzvləri bu istiqamətdə gələcək iş sahəsində maraqlıdır
Xarici siyasət
8 İyun , 2016 15:58
QDİƏT ölkələri fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 8 iyun. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) iştirakçı ölkələrinin fövqəladə hallar xidmətlərinin rəhbərləri bu gün fövqəladə hallar və texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə əlavə tədbirlər haqqında müqavilə imzalayıblar. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, imzalanma mərasimi Soçidə baş tutub. 

Həm texnogen, həm də təbii hadisələrlə üzləşən QDİƏT-in iştirakçı ölkələri arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində qarşılıqlı əlaqəyə xüsusi diqqət ayrılır. Buna görə də bütün QDİƏT üzvləri bu istiqamətdə gələcək əməkdaşlığa maraqlıdır", - görüşün yekunlarına görə təşkilatın beynəlxalq katibliyinin baş katibi Maykl Xristidis bildirib. 

QDİƏT 1999-cu ildə yaradılıb və 12 üzvdən ibarətdir: Azərbaycan, Albaniya, Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Ukrayna və Ermənistan.   

Ukrayna və Türkiyə Soçidəki görüşdə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi