QDİƏT müşahidəçisi: "Azərbaycandakı seçkilərdə pozuntu aşkarlanmayıb"

QDİƏT müşahidəçisi: "Azərbaycandakı seçkilərdə pozuntu aşkarlanmayıb" Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində indiyədək hər hansı pozuntu aşkarlanmayıb.
Xarici siyasət
9 Fevral , 2020 17:47
QDİƏT müşahidəçisi: Azərbaycandakı seçkilərdə pozuntu aşkarlanmayıb

"Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində indiyədək hər hansı pozuntu aşkarlanmayıb".

Bunu “Report”a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) vitse-prezidenti, Bolqarıstan parlamentinin üzvü, müşahidəçi Petar Kanev bildirib.

“Azərbaycanı sevirəm, burada çoxlu dostlarım var. Sizdə hər şey sürətlə dəyişir. Bir neçə məntəqədə olmuşuq, hələlik hər hansı pozuntuya rast gəlmədik. İşlər yüksək səviyyədə təşkil olunub. Hətta belə havalara baxmayaraq, məntəqələrdə xeyli adam vardı”, - o deyib.

Son xəbərlər

Orphus sistemi