Qazaxıstanın Baş prokurorunun müavini Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş prokurorunun müavini Azərbaycana səfərə gəlib Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmə
Xarici siyasət
3 Aprel , 2024 14:47
Qazaxıstanın Baş prokurorunun müavini Azərbaycana səfərə gəlib

Qazaxıstan Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Azərbaycana işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, heyət Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak edəcək.

İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev bütün sahələrdə olduğu kimi iki ölkə prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Kamran Əliyev dövlət başçısı İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi