Qazaxıstanda TDT XİN rəsmilərinin görüşü keçirilir

Xarici siyasət
  • 30 oktyabr, 2023
  • 06:40
Qazaxıstanda TDT XİN rəsmilərinin görüşü keçirilir

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Vəzifəli Məmurlar Komitəsinin iclası keçirilir.

“Report” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, görüşdə üzv dövlətlərin Xarici İşlər Nazirliklərinin rəsmiləri iştirak edirlər.

Diplomatlar gündəmdəki məsələləri, həmçinin TDT-yə üzv dövlətlərin liderlərinin bu il noyabrın 3-də keçiriləcək görüşündə müzakirə olunan məsələləri nəzərdən keçirirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti