Qazaxıstanda hicab və niqab qadağan edilə bilər

Qazaxıstanda hicab və niqab qadağan edilə bilər Qazaxıstanda hicab və niqab qadağan edilə bilər
Xarici siyasət
6 Oktyabr , 2023 16:49
Qazaxıstanda hicab və niqab qadağan edilə bilər

Qazaxıstanda qadınların hicab və niqab geyinməsi qadağan edilə bilər.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib.

Onun sözlərinə görə, üzün bağlı olması şəxsiyyətin müəyyənləşdirilməsinə mane olur: “Biz bu normaları ən azından ictimai yerlər üçün araşdırıb təklif edəcəyik. Bunu mən dünya təcrübəsində də görürəm. Çünki bu artıq təhlükəsizlik məsələsidir”.

Bununla yanaşı, A.Balayeva qadağanın sadəcə ictimai yerlər üçün keçərli olduğunu və nazirliyin bu qanunun sərtləşdirilməsi istiqamətdə işləri gücləndirəcəyini deyib.

O, həmçinin qeyd edib ki, hazırda Qazaxıstan terrorizm və dini ekstremizlə mübarizə aparır.

Xatırladaq ki, bundan əvvəl Özbəkistan parlamentində ictimai asayişin qorunmasına dəstək məqsədilə üzü bağlayan geyimlərin qadağan edilməsi haqqında qanuna dəyişikliklər edilib.

Afət Əlipaşayeva

Son xəbərlər

Orphus sistemi