Qazaxıstanda akademik Ramiz Mehdiyevin “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabının təqdimatı olub

Qazaxıstanda akademik Ramiz Mehdiyevin “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabının təqdimatı olub Kitab Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə nəşr edilib
Xarici siyasət
6 Dekabr , 2014 18:26
Qazaxıstanda akademik Ramiz Mehdiyevin “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabının təqdimatı olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabının Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təqdimatı keçirilib.

"Report"un "AzərTAc"a istinadən verdiyi məlumata görə, Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun təşəbbüsü və Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının dəstəyi ilə nəşr edilən kitab Qazaxıstanın dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri arasında böyük maraq doğurub.

Təqdimat mərasimində çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” əsərinin Azərbaycanın Qazaxıstanda daha yaxından tanıdılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan nailiyyətlər, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət geniş şərh edilir. Əsərdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra demokratiya, bazar iqtisadiyyatına keçid, milli dövlət quruculuğu istiqamətində atdığı addımlar geniş təhlil olunur, Prezident İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması, iqtisadiyyatın modernləşdirilməsi və vətəndaş cəmiyyətinin qurulması sahəsində həyata keçirilən islahatlar əksini tapır. Bütün bunlar Qazaxıstan ziyalılarının, habelə gənc alimlərin Azərbaycanı dərindən tanıması üçün vacib məqamlardır.

Baş konsul Rəşad Məmmədov Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların Qazaxıstan ictimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulayıb. Bildirilib ki, əsərin qazax dilinə tərcümə edilməsinin səbəbi də budur. “Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən” kitabının məziyyətləri barədə danışan R.Məmmədov nəşrin Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət barədə dolğun təsəvvür yaratmaq baxımından qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı mənbə olduğunu vurğulayıb.

Baş konsul kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən vilayətlərin əksər kitabxanalarına, ali təhsil müəssisələrinə, dövlət təşkilatlarına çatdırıldığını qeyd edib.

Sonda mərasim iştirakçılarına kitabın nüsxələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi