Yuxarı
    Bağlamaq

    Qazaxıstan XİN: İnsan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk

    Rəsmi Astana münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyi barədə Azərbaycanın mövqeyini dəstəkləyir

    Bakı. 3 aprel. REPORT.AZ/ Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı açıqlama yayıb.

    "Report"un xəbərinə görə, açıqlamada deyilir: "Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq".

    Eyni zamanda, qeyd olunur ki, Qazaxıstan Dağlıq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini, münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyi barədə Azərbaycanın mövqeyini dəstəkləyir.

    Açıqlamada vurğulanıb ki, Qazaxıstan Respublikası Dağlıq Qarabağ münaqişəsinin kompromis həlli prosesinin fəallaşmasına tərəfdardır və münaqişənin həlli üçün tərəflərin konstruktiv münasibət göstərməsinə ümid edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi