Qazaxıstan Prezidenti: "Ölkəmizdə İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar"

Qazaxıstan Prezidenti: "Ölkəmizdə İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar" "Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın Kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir".
Xarici siyasət
24 Avqust , 2022 15:36
Qazaxıstan Prezidenti: Ölkəmizdə İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar

Qazaxıstanda İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən çıxışında deyib.

"Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz", - Qazaxıstan Prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi