Yuxarı

PKK-nın fəallaşması ilə əlaqədar Qarsda təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanın Qarsdakı baş konsulluğunun fəaliyyətində heç bir dəyişiklik yoxdur

Bakı. 4 avqust. REPORT.AZ/ Son günlər Türkiyənin cənub-qərb və qərb regionlarında PKK terror təşkilatının fəallaşması ilə əlaqədar Qars şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə "Report"a Azərbaycanın Qarsdakı baş konsulluğundan məlumat verilib.

Məlumata əsasən, ölkədə vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycanın diplomatik korpusunun fəaliyyətində heç bir dəyişiklik yoxdur, iş əvvəlki qaydada davam edir: "Lakin baş konsulluğun binası vəziyyətin gərginləşdiyi ərazilərə yaxın olduğundan, binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu ərazidə həmçinin Qars valiliyinin binası və digər qurumların inzibati binaları da yerləşir".

Qeyd edək ki, son günlər PKK terror təşkilatı Türkiyənin cənub-qərb və qərb rayonlarında bir sıra terror aktları törədib. Ötən həftənin şənbə günü isə Türkiyədən Naxçıvana hərəkət edən və içərisində bir neçə Azərbaycan vətəndaşının olduğu avtobus isə hücuma məruz qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi