Yuxarı

Pyotr Poroşenko: "Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var"

Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçirilir

Bakı. 14 iyul. REPORT.AZ/ "Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var".

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda keçirilən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasında deyib.

"Xalqlarımız arasındakı münasibətlərdə böyük potensial var. Hətta deyərdim ki, prezidentlər arasında isti və dostluq münasibətləri mövcuddur. Biz fəal danışıqlar prosesindəyik", - deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan bütün razılaşmalar qətiyyətlə təşviq edilir və həyata keçirilir.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi