Rusiya Prezidenti Əli Həsənov və Oqtay Əsədovu "Dostluq" ordeni ilə təltif edib

Rusiya Prezidenti Əli Həsənov və Oqtay Əsədovu "Dostluq" ordeni ilə təltif edib Sərəncam martın 5-də imzalanıb
Xarici siyasət
9 Mart , 2015 15:56
Rusiya Prezidenti Əli Həsənov və Oqtay Əsədovu Dostluq ordeni ilə təltif edib

Bakı. 9 mart. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Xarici ölkə vətəndaşlarının Rusiya Federasiyasının dövlət mükafatı ilə təltif olunması" haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, təltif olunanlar arasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da var. Onlar Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə verdikəri böyük töhfələrə görə "Dostluq" ordeni ilə təltif ediliblər.

Sərəncam bu il martın 5-də imzalanıb.

Son xəbərlər

Orphus sistemi