Prezidentin köməkçisindən ərzaq təminatı ilə bağlı açıqlama

Prezidentin köməkçisindən ərzaq təminatı ilə bağlı açıqlama “Xaricdə hələ də vətəndaşlarımız var. Onlar digər səbəblərdən xaricdədirlər”.
Xarici siyasət
10 İyul , 2020 17:56
Prezidentin köməkçisindən ərzaq təminatı ilə bağlı açıqlama
Hikmət Hacıyev

“Xaricdə hələ də vətəndaşlarımız var. Onlar digər səbəblərdən xaricdədirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elə vətəndaşlar var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmir: “Ona görə də həmin vətəndaşların ölkəyə gətirilməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir”.

Son xəbərlər

Orphus sistemi