Prezidentin köməkçisi: İqlim dəyişikliyi ilə mübarizədə davamlı həll qlobal yaşıl və təmiz enerjiyə keçiddir

Prezidentin köməkçisi: İqlim dəyişikliyi ilə mübarizədə davamlı həll qlobal yaşıl və təmiz enerjiyə keçiddir İqlim dəyişikliyi ilə mübarizə qlobal təhlükəsizlik məsələsidir. Yeganə davamlı həll qlobal yaşıl və təmiz enerjiyə keçiddir.
Xarici siyasət
24 May , 2024 10:49
Prezidentin köməkçisi: İqlim dəyişikliyi ilə mübarizədə davamlı həll qlobal yaşıl və təmiz enerjiyə keçiddir

İqlim dəyişikliyi ilə mübarizə qlobal təhlükəsizlik məsələsidir. Yeganə davamlı həll qlobal yaşıl və təmiz enerjiyə keçiddir.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu keçidin tempi çox yavaşdır və dünyanın bir çox müxtəlif yerlərində eyni səviyyədə deyil.

"Dünyada hər kəs 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə və enerji səmərəliliyini iki dəfə artırmalıdır. Lakin biz həm də yaşıl enerjini bütün dünyada daha əlverişli və rəqabətqabiliyyətli etməliyik. Biz planetdəki hər kəs üçün qələbə qazanmalıyıq. Öhdəliklər götürülüb, lakin bunlar hazırda kifayət deyil. İqlim diplomatiyasındakı bütün tendensiyalar göstərir ki, biz daha çox iş görməliyik. Real dünyada real dəyişikliyə ehtiyacımız var. Bunun üçün bizə real maliyyə rəqəmləri lazımdır. Gəlin, Azərbaycanın COP29-da sədrliyindən başqa bir gözlənti də əldə edək. Ancaq bu, təkcə maliyyə deyil, bundan da artıqdır və COP gündəliyimizdə bir çox başqa mühüm mövzular var. Hədəflər qoyuruq və onlara çatmaq üçün hazırlaşmalıyıq", - H.Hacıyev qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, həmçinin bütün dünyada özəl sektorun potensialı bu istiqamətə cəlb edilməlidir: "Onlarla dialoqumuzu intensivləşdirməliyik. Bildirim ki, vəziyyət o qədər də acınacaqlı deyil. Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi yeni rekordlar qırır. Elektroavtomobillərin satışı isə daha bir rekord həddə çatmaqda davam edir. Bunlar sadəcə bir neçə nümunədir. Hətta Bakı şəhərində elektrik avtomobillərinin istifadəsi məni xüsusilə sevindirir. Təmiz enerjinin başqa bir gözəlliyi onun hər yerdə istehsal oluna bilməsidir. Amma bunun üçün investisiya, infrastruktur, innovasiya, çoxlu əməkdaşlıq və tərəfdaşlıq lazımdır. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq yolu ilə nail olmaq olar".

Son xəbərlər

Orphus sistemi