Yuxarı
    Bağlamaq

    Prezidentin köməkçisi: “Azərbaycanın ABŞ-la münasibətləri bütün sahələrdə rəvandır”

    “Azərbaycanın bütün dövlətlərlə münasibətləri çox rəvan, proqramlaşdırılmış, qarşılıqlı maraqlara söykənir”

    Bakı. 31 may. REPORT.AZ/ "Azərbaycanın bütün dövlətlərlə, eləcə də ABŞ-la, Avropa dövlətləri ilə həm ikitərəfli, həm çox tərəfli münasibətləri çox rəvan, proqramlaşdırılmış, qarşılıqlı maraqlara söykənir".

    "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

    "Bu ölkələr sırasında da ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə Azərbaycanın münasibəti rəvandır", - Ə.Həsənov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi