Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul edib

    Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb

    Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. "Report" xəbər verir ki, Sosialist İnternasionalın baş katibi Luis Ayala ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğulayıb. O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd edib.

    Dövlət başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya Komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqlarını iştirakının əhəmiyyətini vurğulayıb.

    Görüşdə Birinci Avropa Oyunlarının xalqlar arası əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi