Yuxarı

​Prezident İlham Əliyev Fransanın dövlət başçısı Fransua Ollandla görüşüb - FOTO

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi