Yuxarı

Prezident Ruhani: "Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq"

Bunun müsbət nəticələrindən biri Tehranla Bakı arasında imzalanmış 11 əməkdaşlıq sazişidir

Bakı. 23 fevral. REPORT.AZ/ İran İslam Respublikası və Azərbaycan prezidentləri qarşılıqlı, regional və beynəlxalq məsələlərdə, həmçinin Tehran-Bakı münasibətlərinin inkişafında həmrəy olduqlarını vurğulayıblar.

"Report"un İran prezidentinin saytına istinadən verdiyi məlumata görə, Prezident Ruhani çərşənbə axşamı Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı keçirib və son 30 ay ərzində keçirilmiş 5 mərhələli danışıqlar və müzakirələri qeyd edərək bildirib: "Görüşlərin və danışıqların hər birində İranla Azərbaycan arasında əlaqələrin inkişafının şahidi olmuşuq".

"BHFP-dən (Birgə Hərtərəfli Fəaliyyət Planı) və sanksiyaların aradan qaldırılmasından sonra keçirilən bugünkü iclasda bütün sahələrdə birgə fəaliyyət göstərmək üçün lazımi şərait mövcuddur", - deyə Ruhani bildirib.

O əlavə edib ki, hər iki ölkənin hökumətlərarası birgə komissiyası son iki il ərzində çox fəal olub: "Bunun müsbət nəticələrindən biri Tehranla Bakı arasında imzalanmış 11 əməkdaşlıq sazişidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi