Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət
- 23 noyabr, 2022
- 09:53
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
"Report" xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.
Son xəbərlər
19:19
Foto
Video
İstanbulda mikroavtobus aşıb, ölənlər və yaralananlar var
Region19:09
Vuçiç Serbiyada tezliklə PUA istehsalına başlanacağını bildirib
Digər ölkələr19:00
Qazaxıstan dağlarında daha iki turistin cəsədi tapılıb - YENİLƏNİB
Region18:45
Ermənistanda "Vətəndaş Müqaviləsi" partiyasının 7-ci siyasi toplantısı keçirilib
Region18:38
KİV: Sudanda üsyançılar 200-dən çox insanı etnik mənsubiyyətinə görə öldürüblər
Digər ölkələr18:28
Foto
Video
Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb
Daxili siyasət18:18
Biləsuvarda yol qəzası olub, ölənlər var
Hadisə18:14
Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik
Xarici siyasət18:02