Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİB Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Xarici siyasət
19 Fevral , 2024 15:35
Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi