Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya
Xarici siyasət
26 May , 2024 16:13
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".

16:10

Uqanda Prezidenti Yoveri Kaquta Museveni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Uqanda Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz ortaq məqsədlər naminə birgə çalışır və biz əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik. Əminəm ki, xalqlarımızın ənənəvi yaxın münasibətləri qarşıdakı illərdə genişlənməkdə və inkişaf etməkdə davam edəcəkdir.

Ölkənizin tarixindəki bu önəmli günü qeyd edərkən Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

15:30

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

28 May – Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm mərhələni təcəssüm etdirməklə yanaşı, Azərbaycan xalqının müstəqil, demokratik və dünyəvi dövlət qurmaq uğrunda əzmkar mübarizəsinin rəmzidir.

Bu bayram günündə illər boyu Azərbaycanda rəhbər tutulan azadlıq, demokratiya və öz müqəddəratını təyinetmə kimi ali dəyərləri böyük iftixar hissi ilə alqışlayıram. Bu günün qeyd edilməsi milli kimliyin, suverenliyə olan sadiqliyin bir daha təsdiqlənməsi və bütün Azərbaycan vətəndaşları arasında birlik bağlarının möhkəmləndirilməsi üçün bir imkandır.

Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında diplomatik əlaqələrin 20-ci ildönümünü qeyd etdiyimiz bu ildə ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərini daha da dərinləşdirə və genişləndirə biləcəyimizə ümidvar olduğumu vurğulayıram.

Əminəm ki, xalqlarımızın rifahı və ölkələrimizin davamlı inkişafı naminə Timor-Lestenin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) tamhüquqlu üzvlük prosesinə aid imkanları araşdırmağa davam edə, habelə ölkəmizin bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatına
166-cı üzv dövlət kimi qəbul olunmasından birlikdə faydalana bilərik.

Qoy, Azərbaycanın Müstəqillik Günü sevinc və qürur hissi ilə qeyd olunsun! Azərbaycan Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inkişafını davam etdirsin!

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımı bildirərək, Zati-alinizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi