Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib

Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib.
Xarici siyasət
26 Sentyabr , 2020 14:53
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Prezident İlham Əliyev və Volodimir Zelenski

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi